Ombudsmanın nümayəndələri psixiatriya müəssisələrinə başçəkmələr həyata keçiriblər

Ombudsmanın nümayəndələri psixiatriya müəssisələrinə başçəkmələr həyata keçiriblər
# 18 sentyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə uzunmüddətli başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd hər iki müəssisədə olan xəstələrə münasibət, şərait, müalicənin təşkili, qidalanma məsələlərinin araşdırılması olub.

Qeyd olunub ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 20-dək korpus, ikisi istisna olmaqla, əsaslı təmir edilərək müasir standartlara cavab verəcək vəziyyətə gətirilib və bu proses davam etdirilir. Hər iki müəssisədə şərait, qidalanma, tibbi xidmət, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb. Eyni zamanda şərait və qeydiyyatla bağlı bir sıra tövsiyələr hazırlanmış və Səhiyyə Nazirliyinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR