İranın xarici işlər naziri ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

İranın xarici işlər naziri ilə BMT-nin baş katibi arasında telefon danışığı olub
# 18 yanvar 2014 12:55 (UTC +04:00)
Bakı. Real Cəfərli - APA. Ötən gecə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin baş katibi Pan Gi Mun arasında telefon danışığı olub. APA-nın «Fars» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranının həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfrans əsas müzakirə mövzusu olub.

M.C.Zərif İranın Suriya konfransına yalnız heç bir şərt irəli sürülmədən qatıla biləcəyini açıqlayıb: «Əgər İran heç bir şərt irəli sürülmədən dəvət edilərsə, Suriya konfransında iştirak edəcək».

İranın xarici işlər naziri həmçinin Cenevrə razılaşmasının icrasının ölkəsi üçün mühüm olduğunu deyib: «Biz sazişin icrasına sadiqik və yanvarın 20-dən onu həyata keçirəcəyik».

Eyni zamanda M.C.Zərif vurğulayıb ki, İran yanvarın 20-dən sonra nüvə məsələsinin yekun həllinə nail olmaq üçün danışıqlara başlamağa hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR