Azərbaycanda kənd təsərrüfatı torpaqlarından özbaşına istifadə edən vəzifəli şəxslərə həbs cəzası verilə bilər

Azərbaycanda kənd təsərrüfatı torpaqlarından özbaşına istifadə edən vəzifəli şəxslərə həbs cəzası verilə bilər
# 23 sentyabr 2015 09:10 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunur. Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə, 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

 

Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR