ABŞ səfirliyi USAİD-in Azərbaycanda medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant proqramı ilə əlaqədar bəyanat yayıb

ABŞ səfirliyi USAİD-in Azərbaycanda medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant proqramı ilə əlaqədar bəyanat yayıb
# 16 iyul 2014 14:54 (UTC +04:00)

Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, bu bəyanatın məqsədi son vaxtlar USAİD-in qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir.

“Təkliflərlə müraciət prosesində habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət olunub və sözügedən proses tam ədalətli və şəffaf olub.

Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü il may ayının 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandakı “Facebook” səhifəsində elan olunub. Proqram barədə məlumat iyunun 10-da USAİD-in Azərbaycandakı veb səhifəsində də yerləşdirilib.

Təkliflərin qəbulu vaxtı 2014-cü ilin may ayının 21-dən iyulun 7-ə kimi olub”, - deyə səfirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, mətbuatda gedən məlumatlarda USAİD-in Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon ABŞ dolları məbləğində qrant proqramı elan etdiyi, lakin elanın vaxtının müddətinin çox qısa - 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən olunmasının, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin edilməməsinin müəyyən şübhəli məqsədlərə hesablandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR