Heydər Əliyevin doğum günü münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOSESSİYA - VİDEO

Heydər Əliyevin doğum günü münasibətilə şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 may 2015 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə müvafiq olaraq keçirilən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsabiqə şagird və tələbələrin Heydər Əliyevlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında rol oynayır: “Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil olunur. Respublika mərhələsinin iştirakçıları arasında 16 nəfər birinci yerə, 19 nəfər ikinci yerə, 22 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda çap edilib. Ölkənin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. Ə. Əhmədov Heydər Əliyevin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, hər il müsabiqə iştirakçılarının sayı artır və bu da ondan xəbər verir ki, müsabiqədə iştirak edən gənclərin istedad və bacarıqları getdikcə genişlənir.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyevanın salamlarını və təbriklərini toplantı iştirakçılarına çatdırıb və qaliblərin hər birini təbrik edib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək müsabiqənin qaliblərini təbrik edib. Onun sözlərinə görə, hər bir şəxs fəaliyyət göstərdiyi sahədə Azərbaycanın inkişafına xidmət göstərməlidir.

Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR