Cəlilabadda 23 yaşlı oğlan qətlə yetirilib - FOTO - VİDEO

Cəlilabadda 23 yaşlı oğlan qətlə yetirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2014 08:54 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 9-da gecə saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Elman Elçin oğlu Həsənov yaxın qonşusu və həmkəndlisi olan 1991-ci il təvəllüdlü Həbib Beytulla oğlu Şahbazovu aralarında baş verən mübahisə zəminində çoxsaylı bıçaq zərbələri ilə ölümcül yaralayıb. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zərərçəkmişə müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, o, çoxlu qan itirdiyinə görə cərrahiyə stolunda dünyasını dəyişib.

Hadisəni törətmiş Elman Həsənov polis tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR