Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlər 7 mlrd. manata çatır

Azərbaycan əhalisinin banklarda yerləşdirdiyi əmanətlər 7 mlrd. manata çatır
# 22 sentyabr 2014 08:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6,9 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3% artım deməkdir.

Əmanətlərin 4,4 mlrd. manatı və ya 63,5%-i milli, 2,5 mlrd. manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulub və əvvəlki ilə nisbətən müvafiq olaraq 22% faiz və 5,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR