Dağıstan DİN: Respublika başçısının korteji qəzaya uğramayıb

Dağıstan DİN: Respublika başçısının korteji qəzaya uğramayıb
# 11 noyabr 2014 03:26 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Mahaçqala-Kaspiysk yolunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi kortej keçdikdən sonra qeydə alınıb.

Noyabrın 10-da Dağıstan hökumətinin mətbuat xidməti Respublika başçısının kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdi.

Dağıstan DİN növbətçi hissəsinin yaydığı məlumatda isə yol qəzasının R.Abdulatipovun korteji ilə əlaqəli olmadığını qeyd edir: “Opel Astra” avtomobilinin sürücüsü sərxoş vəziyyətdə idarəetməni itirərək qarşı zolağa çıxıb və “Land Cruiser” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Land Cruiser”, öz növbəsində, yolun kənarında dayanan VAZ-a çırpılıb. Nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR