"Meqa Sığorta" nizamnamə kapitalını 21% artırır

"Meqa Sığorta" nizamnamə kapitalını 21% artırır
# 01 may 2015 12:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ”Meqa Sığorta” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 2,5 mln. manat təşkil edir.

Hal-hazırda bankın nizamnamə kapitalı 12 mln. manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 20,83% artaraq 14,5 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR