Gəncədə “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” keçirilir

Gəncədə “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” keçirilir
# 27 aprel 2013 13:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Respublikanın müxtəlif bölgələrindən olan gənclərin iştirakı ilə Gəncədə “Azərbaycan Gənclərinin I Könüllülük Forumu” keçirilir. Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, bu gündən fəaliyyətə başlaya forumun əsas məqsədi aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasıdır. Bundan başqa, o qeyd edib ki, könüllülüyün sosial əhəmiyyəti və təcrübəsi, bu sahədə uğur qazanma yolları və könüllülərin beynəlxalq inteqrasiyası mövzusunda mütəxəssislər gənclərlə fikir mübadiləsi edəcəklər.

Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti, “İrəli” İctimai Birliyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin dəstəyi ilə keçirilir.

Forum aprelin 29-da sona çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR