AŞPA-nın həmməruzəçilərinin yenidən Azərbaycana səfəri planlaşdırılır

AŞPA-nın həmməruzəçilərinin yenidən Azərbaycana səfəri planlaşdırılır
# 02 aprel 2015 09:34 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçilərinin yekun hesabatla bağlı yenidən Bakıya səfəri planlaşdırılır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, martın 17-də açıqlanmalı olan hesabatın yubanma səbəbləri birbaşa bildirilməsə də, Azərbaycana yenidən səfər planlaşdırılır: "Hazırda qurumda işlər gedir və məruzənin qəbulu ilə bağlı müzakirələr aparılır".

Qeyd edək ki, AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski martın 2-də Azərbaycanda səfərdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR