Paşha Bank
Bank Of Baku

Özünü MTN-nin vəzifəli şəxsi kimi təqdim edərək 1 milyon manat mənimsəyən qadın kassasiya şikayəti verib

Özünü MTN-nin vəzifəli şəxsi kimi təqdim edərək 1 milyon manat mənimsəyən qadın kassasiya şikayəti verib
# 14 iyun 2019 10:48 (UTC +04:00)

Bakıda özünü keçmiş Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların 1 milyon manatdan çox pulunu mənimsəyən şəxs Aygün Akimova Ali Məhkəməyə müraciət edib.

APA-nın məlumatına görə, A. Akimovanın kassasiya şikayətinə məhkəmənin hakimi Fərhad Əliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onların 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdulalyev Akimovanın işi üzrə şahid qismində ifadə verib. A. Abdullayev A. Akimova ilə evli olmadığını, ancaq qadının uşaqlarının doğum şəhadətnaməsində ata adı yerində onun adının yazıldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR