Bir il ərzində Ermənistan ərazisinin 42 km-lik hissəsindən keçən TRIPP layihəsi ilə bağlı ABŞ və Ermənistan arasında danışıqlar gedib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycan tərəfi mütəmadi şəkildə məlumatlandırılıb. Çünki bu dəhlizin giriş və çıxış hissəsi Azərbaycandan keçir. Bu layihənin qısa müddət ərzində başa çatmasını arzulayırıq. Bu layihə Azərbaycan üçün bir neçə məsələyə görə vacibdir. TRIPP vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəliş təmin ediləcək. İkincisi, Şərq-Qərb Orta Dəhlizinin yeni hissədir və bütün regional ölkələrə əlavə imkanlar yaradacaq. Bu, ümumilikdə bütün Cənubi Qafqaz ölkələri üçün əlavə üstünlüklər verəcək”, - nazir vurğulayıb.