Bakı-Qazax yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Bakı-Qazax yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 15 iyul 2016 21:40 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakı-Qazax avtomobil yolunda baş verən yol nəqliyyat qəzasında xəsarət alan üç nəfərin kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü, Tovuz rayonunun Alakol kənd sakini 24 yaşlı Mahmud Mahmudzadə və avtomobildə olan sərnişinlər, Alakol kənd sakinləri 27 yaşçlı Eltun Həsənov, 24 yaşlı Əbilbəkir Süleymanovdur. Xəsarət alan digər şəxsin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

20:54

Tovuz. Azər Məmmədli-APA. Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolu, rayonun Aşağı Quşçu kəndindən keçən ərazisində qeydə alınıb.


Naməlum səbəbdən idarəetməni itirən “VAZ 21 06” markalı avtomobil ağaca çırpılaraq aşıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR