Rusiya Azərbaycana kənd təsərrüfatı texnikasının tədarükünü artırmaq niyyətindədir

Rusiya Azərbaycana kənd təsərrüfatı texnikasının tədarükünü artırmaq niyyətindədir
# 05 mart 2015 07:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mart ayının 2-də Bakıda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Rusiyanın "Rusaqromaş" Assosiasiyasının prezidenti Konstantin Babkin ilə görüşüb.

APA-Economics”in məlumatına görə, tərəflər birgə istehsalatın təşkilinin perspektivlərini və kənd təsərrüfatı texnikasının Azərbaycana tədarükünün artırılması məsələsini müzakirə edib.

Görüş zamanı qeyd olunub ki, bu məsələlər Azərbaycan hökumətinin iclaslarından birində müzakirə olunacaq.

Rusiyanın kənd təsərrüfatı texnikasının istehsalçısı olan "Rostselmaş"ın kommersiya direktoru Aleksey Şvetsovun sözlərinə görə, şirkət Azərbaycan fermerləri üçün yüksək məhsuldarlığı ilə seçilən kənd təsərrüfatı texnikasının tədarükünü artırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR