Azərbaycan neftçilərinin orta aylıq pensiyasının məbləği açıqlanıb

Azərbaycan neftçilərinin orta aylıq pensiyasının məbləği açıqlanıb
# 19 sentyabr 2014 11:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370,5 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26,5 min nəfərdən artıqdır.

APA-Economics”in xəbərinə görə, bu haqda DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında xüsusi çəkiyə malikdir. 2014-cü ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 96,6 mln. manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR