“Bakcell” əlilliyi olan insanlarının məşğulluq sahəsinə inteqrasiyasını dəstəkləyir - FOTO

“Bakcell” əlilliyi olan insanlarının məşğulluq sahəsinə inteqrasiyasını dəstəkləyir - <span style="color: red;">FOTO
# 25 iyul 2014 10:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “İnkişaf Naminə İdman” İçtimai Birliyi “Bakcell” şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində “Bərabər Hüquqlar - Bərabər İmkanlar” adlı forumlar təşkil edir.

“Bərabər imkanlar və inklüziyaya aparan yol” layihəsi çərçivəsində ilk forum Bakıda keçirilib.

Sözügedən layihə müxtəlif dərəcəli əlilliyi olan uşaq və gənclərin kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edir.

Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək istiqamətində məşğulluq böyük əhəmiyyət kəsb edir. “Bərabər imkanlar və inklüziyaya aparan yol” layihəsi də əlilliyi olan uşaq və gənclərə peşə təlimləri təqdim edərək, əlillik sahəsində maarifləndirməyə yönəlmiş tədbirlər həyata keçirərək məhz bu problemin həllinə yönəlmiş təşəbbüslərdən biridir.

“Bərabər hüquqlar – Bərabər imkanlar” adlı forumların keçirilməsində əsas məqsəd, əlilliyi olan insanların qarşılaşdıqları maneələrə və mövcud imkanlara nəzər salaraq onların məşğulluq sahəsinə inteqrasiyasına diqqət cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR