Azərbaycanda dollar və avro ucuzlaşıb

Azərbaycanda dollar və avro ucuzlaşıb
# 14 aprel 2015 06:37 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0023 manat və ya 0,22% ucuzlaşaraq 1,0514 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0055 manat və ya 0,49% ucuzlaşaraq 1,1106 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR