Moldovanın gənclər və idman naziri Gənclər Fondunda olub - FOTO

Moldovanın gənclər və idman naziri Gənclər Fondunda olub - <span style="color: red;">FOTO
# 19 avqust 2014 08:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunda Bakıda səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu ilə görüş keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, görüşdə Moldova Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Andrey Nikolenko, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirak edib.

Fərhad Hacıyev qonağa Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib, Fondun prioritetlərini qonaqların nəzərinə çatdırıb.

Daha sonra Oktavian Bodiştyanu Moldova Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib, bu cür layihələrdə Fondun iştirakının əhəmiyyətli olacağını vurğulayıb.

Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib, gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqların bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR