Ukraynanın baş prokuroru: “İlovaysk ətrafında azı 200 hərbçimiz həlak olub”

Ukraynanın baş prokuroru: “İlovaysk ətrafında azı 200 hərbçimiz həlak olub”
# 10 sentyabr 2014 10:46 (UTC +04:00)

APA-nın “İnterfaks Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroru Vitali Yarema açıqlayıb. O bildirib ki, bu hadisə ilə bağlı istintaq aparan hərbi prokurorlar Ukrayna Silahlı Qüvvələrinin ali komandanlığını dindirir: “Hazırda Dnepropetrovskda hərbi prokurorlar çalışır. Onlar Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mujenkonu, Cənub operativ komandanlığının komandanı Litvini və ordunun ali zabit heyətinin dindirir”.

Xatırladaq ki, avqustun sonlarında Donetsk şəhərinin mühasirəsini başa çatdırmaq məqsədilə strateji əhəmiyyətli İlovaysk şəhərinə daxil olan Ukrayna ordusunun və könüllü batalyonlarının bölmələri daha sonra ölkə ərazisinə daxil olan Rusiya qoşunları tərəfindən mühasirəyə alınıblar. Ukrayna qüvvələri şəhər ətrafında baş verən şiddətli döyüşlərdə və mühasirəni yararaq çıxarkən ağır itkilərə məruz qalıblar. Bu faciə ilə əlaqədar hərbi prokurorluqda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR