“Total” şirkətinin prezidenti Fransanın şimal-qərbində dəfn olunacaq

“Total” şirkətinin prezidenti Fransanın şimal-qərbində dəfn olunacaq
# 21 oktyabr 2014 21:41 (UTC +04:00)

Bakı-APA. Moskvanın “Vnukovo” hava limanında təyyarənin qəzaya uğraması nəticəsində ölən “Total” neft şirkətinin prezidenti Kristof de Marjeri Fransanın şimal-qərbində, Sen-Per-Syur-Mer şəhərində dəfn olunacaq.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Frans Press agentliyi xəbər verib.

“Mərhumun ailəsinin arzusuna uyğun olaraq, dəfn mərasimində yalnız qohum və yaxınlar iştirak edəcək. Çox güman ki, bundan əvvəl Parisdə rəsmi vida mərasimi də keçiriləcək”, mənbə agentliyə bildirib. Mərasimin vaxtı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR