Bakı-APA. Almaniyanın Kassel şəhərində qaçqın düşərgəsində yanğın baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Onlardan 7-si xəstəxanaya yerləşdirilib. 12 nəfərə isə ambulator yardım göstərilib.
Düşərgədə 800-dək qaçqının məskunlaşdığı bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.