Bu gün Şimali Atlantika Şurası Niderland Baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti Baş katibi təyin etmək qərarı verib.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
"Cənab Rutte 2024-cü il oktyabrın 1-dən, cənab Stoltenberqin Alyansın rəhbərliyində on illik səlahiyyət müddəti başa çatdıqdan sonra Baş katib kimi öz səlahiyyətlərini icra etməyə başlayacaq", - məlumatda deyilir.
***
12:27
Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.
APA "Reuters"ə istinadən xəbər verir ki, NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rutteni NATO-nun növbəti rəhbəri seçiblər.
Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.
Rutte bu postda hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək.
Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.