Rəsmi Ankara Türkiyə müxalifət nümayəndələrinin Almaniyada izlənilməsi barədə xəbərləri təkzib edib

Rəsmi Ankara Türkiyə müxalifət nümayəndələrinin Almaniyada izlənilməsi barədə xəbərləri təkzib edib
# 15 iyul 2015 18:58 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Almaniyanın “Fokus” nəşri bundan əvvəl bildirmişdi ki, MIT Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Almaniyada Fətuallah Gülənin tərəfdarları da daxil olmaqla, Türkiyənin solçu və kürd təşkilatlarının nümayəndələrini izləyir.

Nəşrin məlumatına görə, bir neçə müxalifətçi Türkiyəyə qayıtdıqdan sonra həbs edilib. Bundan başqa, türkiyəli dissidentləri izləməkdə təqsirləndirilən iki Türkiyə və bir Almaniya vətəndaşının bu günlərdə Almaniya məhkəməsi qarşısına çıxarılacağı qeyd olunur.

“Almaniyada prezident Rəcəb Tayyib Ərdoğanın adından məlumatların toplanılması barədə iddialar böhtandır və təəssüf doğurur. Oxuculara bizim təkzibi çatdırmaqdansa nəşr əsassız ittihamlarını təkrarlayıb”, deyə Türkiyə prezidenti administrasiyasının bəyanatında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR