Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək
# 10 noyabr 2014 08:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 10-dan 18-dək Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festival nazirliyin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Türkiyə, Qırğızıstan, Gürcüstan, İran, Özbəkistan və başqa ölkələrdən gələn aşıqlar çıxış edəcəklər.

Beynəlxalq festivalın təntənəli açılış mərasimi noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

Müxtəlif ölkələrdən gələn aşıqlar Qazax, Gədəbəy, Yevlax, Şəmkir, Tovuz və Ucarda çıxış edəcəklər.

Festival Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR