Dünya fond bazarlarında indekslər yüksəlib, qızıl və gümüş bahalaşıb

Dünya fond bazarlarında indekslər yüksəlib, qızıl və gümüş bahalaşıb
# 28 avqust 2015 06:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 2,27% - 16 654,77 bəndədək, NASDAQ 2,45% - 4 812,71 bəndədək, S&P 500 2,43% - 1 987,66 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,56% - 6 192,03 bəndədək, Fransa CAC-40-ı 3,49% - 4 658,18 bəndədək, Almaniya DAX-ı isə 3,18% - 10 315,62 bəndədək artıb.

ABŞ fond bazarında əsas indekslərin artması ölkə üzrə açıqlanan statistik göstəricilərin qənaətbəxş olması ilə əlaqələndirilir.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 9,10 dollar artaraq 1 131,70 dollara, gümüş isə 0,05 dollar artaraq 14,49 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR