Hərb Tarixi Muzeyində “Ordumuz – qürurumuz” adlı tədbir keçirilib

Hərb Tarixi Muzeyində “Ordumuz – qürurumuz” adlı tədbir keçirilib
# 22 iyun 2016 10:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrin yaradılmasının 98-ci ildönümü münasibəti ilə “Ordumuz – qürurumuz” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin rəisi, polkovnik Əzizağa Qənizadə Silahlı Qüvvələrin yaradılmasının tarixi, keçdiyi yol haqqında məlumat verib, bildirib ki, Silahlı Qüvvələr çətin, əzablı, amma şərəfli yol keçib: “Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır, inkişaf etdirilir”.

Müdafiə Nazirliyinin, Heydər Əliyev adına ali hərbi məktəblərin, veteran şuralarının, Qarabağ müharibəsi veteranlarının iştirak etdiyi tədbirdə Silahlı Qüvvələr gününə həsr olunmuş film təqdim nümayiş etdirilib, konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR