Dövlət Sosial Müdafiə Fondunda mini-futbol turniri keçirilir - FOTO

Dövlət Sosial Müdafiə Fondunda mini-futbol turniri keçirilir - <span style="color: red;">FOTO
# 06 aprel 2015 12:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu gün turnirin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, H. Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. E. Mehdiyev qeyd edib ki, ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. “Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına da yüksək diqqət və qayğısı bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcəkdir”.

DSMF-də ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlərin təşkil olunmasının artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdıran fondun sədri deyib ki, bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.

Açılış mərasimində qeyd edilib ki, mini-futbol turnirində 8 komanda mübarizə aparacaq və yarışın qalibləri H. Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyənləşəcək, onlara kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə DSMF-in strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR