Arseni Yatsenyuk: “Rublun məzənnəsinin aşağı düşməsi Ukrayna iqtisadiyyatına təsir edəcək”

Arseni Yatsenyuk: “Rublun məzənnəsinin aşağı düşməsi Ukrayna iqtisadiyyatına təsir edəcək”
# 17 dekabr 2014 01:50 (UTC +04:00)

Bakı - APA. Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ukraynanın iqtisadiyyatına mənfi təsir edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib.

“Rusiyada avronun məzənnəsinin 100 rubla çatması ilə baş verən maliyyə fəlakəti Ukrayna iqtisadiyyatına da təsir edəcək. Rusiya həmişəki kimi, bizə problem yaradır”, - deyə Yatsenyuk bildirib.

Bu arada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, baş nazir Dmitri Medvedevin hökumət üzvləri ilə keçirdiyi toplantıda vəziyyətin normallaşdırılmasına dair tədbirlər hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR