“YapıKredi Bank Azərbaycan” dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin həcmini açıqlayıb

“YapıKredi Bank Azərbaycan” dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin həcmini açıqlayıb
# 29 sentyabr 2014 12:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “YapıKredi Bank Azerbaycan” tərəfindən indiyədək dövlət xətti ilə 500 min manatlıq ipoteka krediti verilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, indiyədək 10 ailə ipoteka kreditindən yararlanıb.

Bankdan bildirilib ki, Azərbaycan İpoteka Fondu tərəfindən banklara müəyyən edilən limitlər mövcuddur.

“Yapı Kredi Bank Azərbaycan” verilən limiti müştərilərin istifadəsinə təqdim edib və yeni limitlə bağlı sorğusunu Mərkəzi Banka göndərib”-deyə bankda vurğulayıblar.

Yeri gəlmişkən, “YapıKredi Bank Azerbaycan” bu ilin əvvəlindən Azərbaycan İpoteka Fondunun müvəkkil kredit təşkilatları siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 44 kommersiya bankından 28-i Mərkəzi Bankı yanında İpoteka Fondunun xətti ilə müvəkkil kredit təşkilatı kimi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR