Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd edilib - FOTO

Avropa Parlamentində ilk dəfə olaraq Novruz bayramı qeyd edilib - <span style="color: red;">FOTO
# 18 mart 2015 12:02 (UTC +04:00)

Bakı – APA. Martın 17-də Azərbaycan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkiyə, Qırğızıstan və Hindistanın Belçikadakı səfirliklərinin, UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən APA-ya verilən xəbərə görə, bayram tədbirində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçika və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, eyni zamanda Belçika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Avropa Parlamentinin prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunub və səslənən çıxışlarda Novruz bayramı barədə tədbir iştirakçılarına məlumat verilib.

Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa töhfə verdiyi qeyd olunub, eyni zamanda Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd olunan bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, Azərbaycanın turizm potensialını əks etdirən, eyni zamanda Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR