Sudan ordusu Şimali Kordofan ştatını üsyançılardan azad edib

Sudan ordusu Şimali Kordofan ştatını üsyançılardan azad edib
# 28 aprel 2013 01:46 (UTC +04:00)

Bakı-APA. Sudan ordusu Sudan İnqilabi Cəbhəsinin üsyançı dəstələrini Şimali Kordofan ştatından sıxışdırıb çıxarmağa müvəffəq olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudan ordusunun rəsmi nümayəndəsi Savarmi Xalid Səədin bəyanatında deyilir.

“Silahlı qüvvələr təşəbbüsü ələ keçirib, hal-hazırda onlar əyalətin bütün rayonlarında sabitlik və təhlükəsizliyin bərqərar olunması üçün ərazidə qalan üsyançıların axtarışını həyata keçirir”, deyə bəyanatda qeyd olunur.

Savarmi Xalid Səədin sözlərinə görə, qızğın döyüşlərdən sonra üsyançılar ştatın ikinci böyük şəhəri olan Umm Ruvabadan geri çəkilib. Qeyd edək ki, üsyançılar Umm Ruvabaya aprelin 28-də səhər saatlarında hücum edərək şəhərin elektrik stansiyasını və su təchizatı stansiyasını sıradan çıxarıb. Bundan başqa onlar şəhərdə iki bankı və yerli sahibkarların evlərini talan edib.

Məlumata görə, toqquşmalar zamanı 10 nəfər üsyançı, 3 dinc sakin və 7 polis əməkdaşı ölüb, onlarla adam yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR