Ağcabədi sakini qohumunun evinə borc üstündə atəş açıb

Ağcabədi sakini qohumunun evinə borc üstündə atəş açıb
# 11 avqust 2015 10:42 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Əli Əliyev qohumluq əlaqəsi olan İdris Əhmədovun evinin pəncərəsinə ov tüfəngindən atəş açıb.

Evin pəncərəsinə zərər dəysə də, xəsarət alan olmayıb. Hadisənin borc üstündə baş verdiyi bildirilir. Belə ki, 44 yaşlı Əli Əliyev İdris Əhmədovdan borc pul alıb və geri qaytarmayıb. Nəticədə tərəflər arasında mübahisə baş verib. Ə. Əliyev borclu olduğu qohumunun həyətinə gəlib və evə atəş açıb.

Ə. Əliyev Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR