“Unibank” Ramazan bayramı münasibəti ilə müştərilərə güzəştlər təklif edib

“Unibank” Ramazan bayramı münasibəti ilə müştərilərə güzəştlər təklif edib
# 23 iyul 2014 09:58 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Econoimics. “Unibank” Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir və bol ruzi-bərəkət arzulayır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bayram münasibəti ilə “Unibank” öz müştəriləriə böyük sürprizlər hazırlayıb.

Bayramdan əvvəl- yalnız 1 gün, iyulun 26-da istənilən bankın filialina müraciət edən müştərilər 10 000 manatadək nağd krediti 60 ayadək müddətə və 0% komissiya ilə götürə biləcək. Bundan başqa, iyulun 26-dan 30-dək hər kəs “ALBALI PLUS” kartındakı vəsaiti heç bir komissiya ödəmədən nağdlaşdıracaq. Üstəlik bayram günlərində “ALBALI PLUS” kartı ilə edilən bütün alış-verişlərə bankdan əlavə 1 taksit hədiyyə olunacaq.

İndi bankdan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 27 manatdan başlayır. Kreditin maksimal məbləği 10 000 manat təşkil edir. “Unibank”dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Üstəlik nağd kredit alan müştərilərə “ALBALI PLUS” kartı hədiyyə edilir.

Qeyd edək ki, peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənədlə (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, “Unibank”dan kredit götürə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR