Gürcüstan XİN Abxaziyaya Rusiyanın dəmir yolu qoşunlarının daxil olmasını pisləyən bəyanat yayıb

Gürcüstan XİN Abxaziyaya Rusiyanın dəmir yolu qoşunlarının daxil olmasını pisləyən bəyanat yayıb
# 24 avqust 2015 22:30 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bəyanatda Rusiya qoşunlarının Oçamçire-İnquri istiqamətində dəmir yolunun bərpa işləri bəhanəsi ilə dəmir yolu qoşunları 2015-ci il avqustun əvvəllərindən Abxaziya ərazisinə gətirilib. Faktla bağlı XİN bildirib ki, ötən müddət ərzində Rusiya tərəfdən Gürcüstana qarşı dəfələrlə qeydə alınmış təxribat xarakterli addımlar atılıb.

Bəyanatda qeyd olunub ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana müdaxilə etməmişdən əvvəl qeyri-qanuni olaraq Abxaziya bölgəsində dəmir yolunu bərpa etməyə başlamaq üçün Gürcüstana dəmir yolu qoşunlarını yeridib və sonra hərbi əməliyyatlar zamanı hərbi hissələrin və texnikanın daşınması üçün bu qoşunlardan effektli şəkildə istifadə edib.

Xarici İşlər Nazirliyi Moskvanın növbəti təcavüzkar və təxribat hərəkətlərini pisləyir və qəti şəkildə işğalçı rejiminin dərhal Gürcüstanın işğal olunmuş Abxaziya ərazisində qanunsuz fəaliyyətini dayandırmağı tələb edir.

Bəyanatda Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasından 12 avqust 2008-ci ildə bağlanan atəşkəs rejiminin şərtlərinə, o cümlədən beynəlxalq hüququn fundamental prinsipləri və öhdəliklərinin yerinə yetirilməsinə hörmətlə yanaşmağı tələb edib.

Gürcüstan XİN beynəlxalq ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı Rusiyanın qanunsuz yönəldilmiş siyasətinə düzgün qiymət verməyə və Rusiya tərəfindən növbəti təcavüzün qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR