Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 27 fevral 2015 11:54 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İmişlidə vətəndaşları qəbul edib.

APA-nın Mil-Mil muğan bürosunun məlumatına görə, bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarından olan sakinlərin gömrük məsələləri ilə bağlı müraciətlərini dinləyib.

Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxalı, ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR