“Novaya qazeta”: "Boris Nemtsovun qatili Zaur Dadayev deyil" 

“Novaya qazeta”: "Boris Nemtsovun qatili Zaur Dadayev deyil" 
# 11 mart 2015 12:44 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın "Novaya qazeta” nəşri xəbər yayıb.

Qəzet yazır ki, ötən həftənin sonunda hüquq-mühafizə orqanları prezident Vladimir Putinə Ruslan adlı şəxs haqqında məruzə ediblər: “Bundan başqa, qətlin təşkilatçıları və icraçılarının adları prezidentə təqdim olunub. Qatil heç də Dadayev deyil”.

Nəşr bildirir ki, Ruslanın kimliyi DİN, FTX və İstintaq Komitəsinə məlumdur: "Onun soyadı bizə də məlumdur, lakin təqsirsizlik prezumpsiyası baxımından onu yazmırıq".

Qəzet Ruslanın da Z. Dadayev kimi Çeçenistandakı "Şimal" batalyonunda qulluq etdiyini yazıb: "O, dəfələrlə mükafatlandırılıb".

Qeyd olunub ki, Ruslan son vaxtlar Moskvaya köçüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR