Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII Kitab bayramı keçirilib - VİDEO

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII Kitab bayramı keçirilib - <span style="color: red;">VİDEO
# 06 may 2015 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VII kitab bayramı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev bildirib ki, əhalinin maarifləndirilməsi, yeniyetmələrin mütaliə vərdişlərinin formalaşdırılması, gənc nəslin kitaba və kitabxanaya olan marağının artırılması məqsədilə təşkil olunan kitab bayramı kütləvi tədbir kimi hər il keçirilir.

İdarə rəisi qeyd edib ki, qurum tərəfindən Moskvada nəşr olunmuş 126 Azərbaycan və xarici ölkə müəlliflərinin 309 adda kitabı alınaraq Bakı şəhər kitabxanalarına hədiyyə olunub. Şəhər sakinlərinin hədiyyə olunan kitablarla yaxından tanış olması üçün kitab bayramında həmin kitablar geniş şəkildə sərgilənir.

Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və başqaları kitab bayramının hər il keçirilməsinin vacibliyindən danışıb, cəmiyyətdə mütaliəyə olan marağın artırılması üçün kitab bayramlarının böyük rolu olduğunu vurğulayıblar.

Kitab bayramında Bakı şəhərində fəaliyyət göstərən 20-ə yaxın tanınmış nəşriyyatların kitabları sərgilənib. Tədbir çərçivəsində açıq havada Bakı Uşaq Teatrının narkomaniya ilə mübarizə mövzusunda və Balaxanı qəsəbə Mədəniyyət evinin Kukla Xalq Teatrının müxtəlif tamaşaları nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR