Çində kimya zavodunda partlayış nəticəsində 21 nəfər ölüb

Çində kimya zavodunda partlayış nəticəsində 21 nəfər ölüb
# 11 avqust 2016 15:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çinin Xubey vilayətində kimya zavodunda partlayış baş verib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, nəticədə azı 21 nəfər həlak olub.

Hadisə “Danyan” zavodunda baş verib. Yerli rəhbərliyin yaydığı məlumata görə, partlayışa yüksək təzyiqli buxar ötürücüsündəki qəza səbəb olub.

Toksik maddələrin sızıntısı barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR