Gürcüstan XİN: Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımırıq

Gürcüstan XİN: Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımırıq
# 04 may 2015 13:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rəsmi Tbilisi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır”. APA-nın “agenda.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildiriblər ki, "parlament seçkiləri"nin legitim əsası yoxdur: “Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. İşğal olunmuş ərazilərdə keçirilən "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Gürcüstan XİN ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR