Azərbaycanın dəmir ehtiyatı açıqlanıb

Azərbaycanın dəmir ehtiyatı açıqlanıb
# 27 may 2015 10:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanın Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 mln. ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40%-i dəmirdir. Bu da 100 mln. ton dəmir ehtiyatı deməkdir”

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin Satınalma və Logistika Departamentinin direktoru Eldəniz Cəfərovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

E. Cəfərovun sözlərinə görə, çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur.

O bildirib ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-də aparılmış yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlib, həm də dəmir filizi konsentratının keyfiyyəti ilk dəfə olaraq 65%-ə yüksəlib: “Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcminin ilin sonuna qədər 750 min tona çatdırılması nəzərdə tutulur. 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa çatdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratının istehsalı hədəflənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR