Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
# 08 may 2024 16:40 (UTC +04:00)

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsahkna "X" hesabında bildirib.

"Bu gün biz Rusiyanın müvəqqəti işlər vəkilini Beynəlxalq Telekommunikasiya İttifaqının qaydalarına zidd olan və Estoniyanın hava nəqliyyatına ciddi ziyan vuran GPS sisteminə müdaxilə ilə bağlı çağırdıq. Rusiyanın Estoniya və Avropadakı normal həyatımızı pozan hibrid fəaliyyətlərinə son qoyulmalıdır", - Estoniya XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR