Ziyafət Əsgərov: “Gələn il üçün dövlət büdcəsi ilə qarşıda duran hədəfləri həll etmək iqtidarındayıq”

Ziyafət Əsgərov: “Gələn il üçün dövlət büdcəsi ilə qarşıda duran hədəfləri həll etmək iqtidarındayıq”
# 20 noyabr 2014 09:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə qarşıda duran hədəfləri həll etmək iqtidarındayıq.

APA-economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

“Burda hamımız, hər bir millət müəyyən dairədən seçilmiş deputatlarıq. Bu üç gün ərzində maraqlı təkliflər səsləndi. Əlbəttə hamı istəyir ki, təmsil olunduğu dairəyə daha çox vəsait ayrılsın. Amma bir şeyi nəzərə alaq ki, büdcəmizə nə qədər vəsait qoyulubsa, biz o vəsait həcmində hərəkət etməliyik. Biz hamımız çalışırıq ki, büdcədə vəsait çox olsun, gəlirlərimiz çox olsun və bütün qarşıda duran problemlər öz həllini tapsın. Əlbəttə mən hesab edirəm ki, zaman keçdikcə bu problemlər öz həllini tapacaq. Bir şeyi nəzərə alaq ki, 20 il müddət ərzində Azərbaycan hansı inkişaf yolu keçib. Vaxtilə bizim büdcəmizdə, mənim yaxşı yadımdadır, 90-cı illərin əvvəlində cəmi 70 mln. manat pul var idi. O da inflyasiyanın hansı səviyyəsində. İndi Şükürlər olsun Allaha büdcəmiz milyard dollarla ölçülür. Ona görə hesab edirəm ki, bu büdcə ilə 2015-ci ilin bütün iqtisadi göstəriciləri, qarşıda duran məsəlləri həll etmək iqtidarındayıq”, - deyə Z. Əsgərov bildirib.

Onun sözlərinə görə, büdcə hazırlananda Azərbaycanın, bütün iqtisadi göstəriciləri, beynəlxalq siyasəti istər humanitar, istər dövlətlərarası, istərsə də hökumətlərarası səviyyədə bütün məsələlər nəzərə alınıb. Z. Əsgərov bu baxımdan gələnilki büdcəni təmkinli büdcə adlandırıb və bildirib ki, gələnilki büdcə qarşıda duran bütün məsələləri həll edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR