Bu gün İranda 8 zəlzələ baş verib

Bu gün İranda 8 zəlzələ baş verib
# 29 aprel 2013 10:58 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzi xəbər verib.

Təbii fəlakətlərdən ən böyüyü 3,3 bal gücündə olmaqla İranın Buşəhr vilayətinin Kaki şəhərində, ən kiçiyi isə 1,4 bal gücündə olmaqla Çaharmahal Bəxtiyari vilayətinin Baldaci şəhərində meydana gəlib. Eyni zamanda İranın Çaharmahal Bəxtiyari vilayətinin Baldaci şəhərində 1,5 bal gücündə ikinci zəlzələ baş verib.

Bundan əlavə, İranın Buşəhr vilayətinin Hörmüc şəhərində 2,9, Kohgiluyə və Boyer Əhməd vilayətinin Dehdəşt şəhərində 2,3, Şərqi Azərbaycan vilayətinin Təsuc şəhərində 1,8, Cənubi Xorasan vilayətinin Təbəs şəhərində 1,8 və Kirman vilayətinin Reyan şəhərində 1,7 bal gücündə təbii fəlakət meydana gəlib.

Zəlzələlər yerli vaxtla saat 06.54-də 46 dəqiqə ərzində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR