“Avesta Konserni” Çinin “Hong Mong Financial Group” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

“Avesta Konserni” Çinin “Hong Mong Financial Group” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
# 01 sentyabr 2014 09:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Süni adalarda inşa olunan “Khazar Islands” şəhərinin müəllifi Avesta Konserni investisiya sahəsində növbəti əməkdaşlıq memorandumuna imza atıb.

Konserndən “APA-Economics”ə verilən məlumata görə, imzalanan sənədə əsasən, tərəflər həm investisiya, həm də inşaat sahəsində birgə əməkdaşlığa dair razılığa gəliblər.

“Hong Mong Financial Group” inşası davam edən şəhərdə ekoloji təmiz və zərərsiz texnologiyalardan istifadə etməklə suyun təmizlənməsi və mineral gübrələrin istehsalını həyata keçirə bilər.

Həmçinin görüşdə elektrik enerjisi istehsalı üçün inşa olunacaq stansiyanın tikintisi də nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR