Nazir müavini: “Bəzi məktəblərdə istilik sistemi ilə bağlı problemlər mövcuddur”

Nazir müavini: “Bəzi məktəblərdə istilik sistemi ilə bağlı problemlər mövcuddur”
# 29 oktyabr 2015 09:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Peşə Təhsili Dövlət Agentliyinin yaradılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən hökumətə təkliflər təqdim olunub. Hökumətin müvafiq nazirlikləri məsələyə baxıb öz rəylərini bildirirlər. Hesab edirik ki, yaxın zamanlarda bu agentliyin yaradılması ilə bağlı müsbət qərar veriləcək”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini regionlardakı bəzi məktəblərdə istilik probleminin olduğunu bildirib: “Həm rayon təhsil şöbələri ilə, həm rayon icra hakimiyyəti strukturları ilə sıx əlaqə saxlayırıq. Çünki qeyd olunduğu kimi, qış aylarında məktəblərdə istiliklə təminat həm uşaqların məktəblərdə davamiyyətinə, nəticə etibarilə isə ümumilikdə təhsilin keyfiyyətinə çox mühüm təsir edən amillərdən biridir. Bizim bəzi məktəblərdə belə bir problemlər mövcuddur. Bu istiqamətdə davamlı olaraq işlər aparılır. Həm Təhsil Nazirliyi, həm yerli icra hakimiyyəti orqanları bu istiqamətdə sıx əməkdaşlıq edir. Tədricən bu məsələ öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR