Gələn ildən Rusiyanın “İvanovo” hava limanından Azərbaycana uçuşlar həyata keçiriləcək

Gələn ildən Rusiyanın “İvanovo” hava limanından Azərbaycana uçuşlar həyata keçiriləcək
# 08 may 2015 07:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ildən Rusiya Federasiyasının İvanovo vilayətində yerləşən “İvanovo” hava limanından ilk beynəlxalq aviareyslər həyata keçirilməyə başlanacaq.

APA-Economics”in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə vilayətinin qubernatorun Pavel Konkov məlumat verib.

P. Konkovun sözlərinə görə, hava limanından bir sıra ölkələrlə yanaşı, Azərbaycana da aviareyslər həyata keçiriləcək.

Qeyd edək ki, İvanovodan Azərbaycana aviareyslərin ilboyu həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR