"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi çərçivəsində 18 şəhərdə 200-dən çox tarixi abidə tədqiq olunub

"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi çərçivəsində 18 şəhərdə 200-dən çox tarixi abidə tədqiq olunub
# 19 dekabr 2014 10:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni İrs Şəhərləri" adlı beynəlxalq arxeoloji turizm layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyənin 18 şəhərində 200-dən çox tarixi abidədə arxeoloji tədqiqat əraziləri üzrə araşdırma və təhlillər aparılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük tur-proqram hazırlanıb.

Nazirlikdən bildiriblər ki, layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR