“Türkvision” mahnı festivalı keçiriləcək

“Türkvision” mahnı festivalı keçiriləcək
# 05 sentyabr 2014 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 10-da “Türkvision” mahnı festivalı öz işinə başlayacaq. APA-nın məlumatına görə, festivalda 22 ölkə iştirak edəcək. Türk dünyasının sənətçiləri ölkələrində tanınan mahnılarını bu dəfə türk dilində səsləndirəcəklər.

Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival sentyabrın 10-dan 12-dək keçiriləcək. Festivalın qala gecəsi sentyabrın 13-də “TRT Müzik” kanalında canlı yayımlanacaq.

Sentyabrın 11-də “Açıq hava teatrı”nda çıxış edəcək 11 ölkə sənətçisini İzmir və Ankara radioları sənətçilərindən Əli Çakar və Zeynəb Cihan da müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR