Mer Azərbaycanın iş adamlarını Mazandaran iqtisadiyyatına sərmayə qoymağa çağırıb - FOTO

Mer Azərbaycanın iş adamlarını Mazandaran iqtisadiyyatına sərmayə qoymağa çağırıb - <span style="color: red;">FOTO
# 12 aprel 2015 08:29 (UTC +04:00)

APA-nın İrana ezam olunmuş müxbirinin məlumatına görə, bunu İranda səfərdə olan Azərbaycan jurnalistlərinə açıqlamasında Mazandaran vilayətinin Ramsar şəhərinin meri Hüseyn Süruri deyib.

H. Süruri Azərbaycan və İran arasında iqtisadi və mədəni əlaqələrin tarixi kökləri olduğunu, bunun iki ölkə arasında əlaqələrə müstəsna təsir edəcəyini vurğulayıb: "Biz Rəmsara sərmayə qoyan iş adamlarına hər cür şərait yaratmağa hazırıq. Onlara torpaq sahəsi ayıra, sərmayə qoyuluşunun sığortalanması ilə təmin edə bilərik.

Azərbaycanlı iş adamlarına turizm sektoru, sağlamlıq turizmi və turizmin digər sahələri, kənd təsərrüfatı, gülçülük və dekorativ bəzək bitkilərinin əkilməsi və ixrac edilməsi sahəsində köməklik etməyə hazırıq. Şəhər administrasiyası gəmiçilik və dəniz limanına sərmayə yatırılmasına da şərait yarada bilər".

H. Süruri Rəmsardə istehsal olunan sitrus meyvələrinin dünya ölkələri ilə yanaşı, Azərbaycana da ixrac olunduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR